"Mançester Yunayted" klubunun hücumçusu Antoni Marsyal İngiltərə nəhəngindən ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə fransız futbolçunun özü sosial şəbəkə vasitəsilə məlumat paylaşıb.
Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti iyunun 30-na kimidir. Beləliklə, təcrübəli forvard klubdan azad agent kimi ayrılır.
28 yaşlı forvard 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir və bu müddətdə cəmi 5 kubok qazanıb. O, ötən mövsüm bütün turnirlərdə cəmi 19 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa