"Beşiktaş"ın futbolçusu Vensan Abubakar komandadan ayrılmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Milliyet" yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubu ilinə 3 milyon 150 min avro maaş ödədiyi forvardla yolları ayırmaq istəyir. Başqa sözlə, "qara qartallar" Abubakara yüksək maaş ödəyə bilmir. Kamerunlu hücumçu isə ona verilən məvacibdən aşağı məbləğə oynamağa razı deyil. Klub rəhbərliyi məsələ ilə əlaqədar iclas təyin edib yekun qərar verəcək.
Qeyd edək ki, Abubakarın İstanbul klubu ilə daha bir mövsümlük müqaviləsi var.
Nahid Ustaclı