İspaniya millisinin sabiq futbolçusu Jerar Pike Almaniyada keçirilən Avropa çempionatının qalibi olmağa əsas namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport Bild" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, Almaniyanın titul qazanmaq şansı var. Onlar rəqabətədavamlıdırlar. Tez-tez böyük turnirlərin qalibi olublar və mən əminəm ki, meydan sahibləri çox çətin rəqibdirlər. Eyni sözləri İspaniya millisi haqda da demək olar. Son vaxtlar İspaniya seçməsi də özünü çox yaxşı tərəfdən göstərib və hazırda çempionluğa əsas namizədlərdən biridir".
Xatırladaq ki, Almaniya seçməsi qrupda çıxdığı ilk iki oyunda qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib. "Bundestim" Şotlandiyanı 5:1, Macarıstanı isə 2:0 hesabı ilə üstələyib. İspaniya isə 1-ci turda Xorvatiyanı ağır məğlubiyyətə uğradıb - 3:0.
Nihat