Rusiyanın Premyer Liqa təmsilçilərindən olan "Axmat" baş məşqçisi Məhəmməd Adıyevlə müqavilə yeniləyib.
Fanat.Az Qroznı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun əvvəlində paralel olaraq çalışdırdığı Qazaxıstan millisindən ayrılan mütəxəssislə 3 illik anlaşma imzalanıb.
Xatırladaq ki, 46 yaşlı Adıyev aprelin 5-dən Çeçenistan komandasının "sükanı arxasında" idi. Çeçenistan komandası onun rəhbərliyi altında çempionatı 10-cu pillədə tamamlayıb.
Nihat