Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Portuqaliya üzərində qazandıqları qələbədən (2:0) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını yada salmalı olduqlarını dedim. Onlar bu gün bunu parlaq şəkildə ortaya qoydular. Düzünə qalsa, matçdan öncə futbolçulara nə dediyimi dəqiq xatırlamıram, amma mesaj öz futbolllarını oynamalarını istəmişdim. Top sizdə olsa da, olmasa da, intizamı qorumaq vacibdir".
Qeyd edək ki, Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəlib.
Nihat