"Beşiktaş" klubu "Benfika"nın keçmiş forvardı Rafa Silva ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı İstanbul nəhənginin mətbuat xidməti açıqlayıb.
31 yaşlı portuqaliyalı futbolçu Türkiyə klubuna azad agent kimi keçib. "Beşiktaş" futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Futbolçunun klubla müqaviləsi iyulun 1-dən qüvvəyə minəcək. Müqavilənin şərtlərinə görə, Rafa Silva hər mövsüm üçün 6 milyon avro zəmanətli maaş alacaq.
Rafa Silva 2016-cı ilin yayından "Benfika"da çıxış edirdi və onunla 3 dəfə Portuqaliya çempionu olub. O, son mövsümdə 52 oyun keçirib, 22 qol vurub və 15 məhsuldar ötürmə verib.
Mirağa