Səudiyyə Ərəbistanının "Əl-Kadisiya" klubu ulduz müdafiəçi Naçonu sıralarına transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi açıqlama yayıb.
Bir neçə gün əvvəl müqaviləsinin başa çatması səbəbindən "Real"ı tərk edən 34 yaşlı futbolçu transferi ərəblərə pulsuz başa gəlib.
Qeyd edək ki, Naço karyerası ərzində sırf "Real"da çıxış edib.
"Əl-Kadisiya" 2023/2024 mövsümünün sonunda Səudiyyə Ərəbistanının yüksək divizionuna yüksəlib. Klubun yüksək ambisiyaları var, çünki o, Avropanın digər ulduz oyunçuları ilə də danışıq aparır.
Mirağa