Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröynenin axmaq adlandırdığı jurnalist Tankredi Palmeri ulduz futbolçuya cavab verib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə yazıb:
"De Bröyne məni indicə axmaq adlandırdı. Ey, Kevin, sənə kiçik bir xatırlatma edim: Fransanın, İngiltərənin, Almaniyanın və İspaniyanın "qızıl nəsli" finalda oynayıblar. Sən özün haqqında yalnız yaxşı sözlər eşitmək istəyən tipik futbolçusan. Pozulmuş uşaq".
Xatırladaq ki, Belçika seçməsi Avropa çempionatının 1/8 finalında Fransaya 0:1 hesabı ilə uduzduqdan sonra Palmeri mətbuat konfransında ulduz futbolçudan "qırmızı şeytanlar"ın "qızıl nəsli"nin niyə heç nə qazana bilmədiyini soruşub. De Bröyne isə bu suala görə görə media mənsubunu axmaq adlandıraraq konfrans zalını tərk edib.
Nihat