UEFA Gürcüstan Futbol Federasiyasını (GFF) 46 min avro cərimələyib.
Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
GFF Almaniyada təşkil edilən AÇ-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib. Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro ödəyəcək. Beləliklə, ümumi məbləğ 46 min avro olub.
Qeyd edək ki, Gürcüstan millisi debüt etdiyi Avropa çempionatının 1/8 finalında İspaniyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.