İngiltərənin "Tottenhem" klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı Hotspur təmsilçisinin mətbuat xidməti yayıb.
Londonlular "Lids"in 18 yaşlı yarımmüdafiəçisi Arçi Qreyi rənglərinə bağlayıblar. Onunla 6 illik müqavilə imzalanıb.
Qrey "Lids"in yetirməsidir. 2023/2024 mövsümündə gənc futbolçu bütün turnirlərdə 52 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Arçinin transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Qeyd edək ki, Qrey gerdiə qalan mövsümdə Çempionşipin ən yaxşı gənc oyunçusu olub.
Nihat