Avropa çempionatının 1/8 finalında Slovakiya yığmasına qarşı keçirdikləri oyunda (2:1) vurduğu qoldan sonra İngiltərə millisinin ədəbsiz jest göstərən ulduzu Cud Bellingem diskvalifikasiya olunmayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, sözügedən matçın 90+5-ci dəqiqəsində imza atdığı kritik qolu qeyri-etik şəkildə bayram edən gənc yarımmüdafiəçisi beşrəqəmli məbləğdə cərimə olunsa da, 1/4 finalda oynayacaq.
Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. İyulun 6-da Düsseldorfdakı "Merkur Şpil Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat