Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin "Real Madrid"dəki təqdimat mərasimində 100 mindən çox insan iştirak etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Madrid Xtra" məlumat yayıb.
25 yaşlı forvardın təqdimat mərasimi iyulun 16-da "Santyaqo Bernabeu"da baş tutacaq. Arenanın tutumu isə 85 min nəfərdir.
"Real Madrid" iyunun əvvəlində Mbappe ilə 5 illik müqavilə imzalayıb. Fransız futbolçu İspaniya klubuna azad agent kimi keçib.
Mirağa