"Zenit"in braziliyalı yarımmüdafiəçisi Markus Vendel yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Fanat.Az "Ajansspor"-a istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 26 yaşlı futbolçunu Türkiyənin "Qalatasaray" klubuna buraxmağa razılaşıb.
Mənbənin məlumatına görə, Vendel özü də artıq İstanbul nəhəngi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Xatırladaq ki, Vendel 2020-ci ildən "Zenit"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı Super Kubok matçında 1 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" Vendelin dəyərini 20 milyon avro qiymətləndirirlər.
Mirağa