Fransız yarımmüdafiəçi Adrien Rabyo "Yuventus"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, iyunun son günündə müqaviləsi başa çatan futbolçu azad agent olub.
Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlarda razılığa gələ bilməyiblər. "Yuventus"un idman direktoru Kristiano Cuntoli klubun mətbuat xidmətinə açıqlamasında Rabyo ilə vidalaşıb: "Mən Adrien Rabyoya təşəkkür etmək istəyirəm və ona gələcək karyerasında ən yaxşısını arzulayıram".
29 yaşlı fransız futbolçu ilə İngiltərə Premyer Liqasının bir neçə klubunun - "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Tottenhem"in mübarizə apardığı bildirilir.
Mirağa