"Mançester Siti" cinah hücumçusu Savio ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Məlumatı "şəhərlilər"in rəsmi saytı yayıb.
Mənbə Savionun fikirlərini də təqdim edib:
"Şadam ki, Premyer Liqanın və klublararası dünya çempionatının qalibi "Mançester Siti"yə qoşulmuşam. Hamı bilir ki, bu, hazırda dünyanın ən yaxşı komandasıdır. Burada olmaq mənim üçün çox həyəcanvericidir".
Nihat