Argentinalı ulduz futbolçu Anxel di Mariya karyerası ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu daha bir mövsümü "Benfika"da keçirəcək.
Yarımmüdafiəçi gələn ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb.
Di Maria keçən yay azad agent kimi Turin "Yuventus"undan "Benfika"ya keçib. Son mövsümdə cinah oyunçusu Lissabon komandasının heyətində bütün yarışlarda 48 oyun keçirib, 17 qol və 15 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Anxel di Mariya iyulda Argentina millisindən ayrılıb. Ulduz veteran üçün "Albiseleste"də son matç Kolumbiyanı minimal hesabla məğlub etdikləri Amerika Kubokunun finalı olub.
Mirağa