Cənubi Koreya çempionatında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Qvanqyu" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Anton meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu nəticədən sonra "Daejeon" 31 xalla 9-cu pillədə qərarlaşıb.