Albaniya millisinin və Moskva "Lokomotiv"inin futbolçusu Mario Mitay karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az "dəmiryolçular"ın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi icarə əsasında "Əl-İttihad"ın formasını geyinəcək.
Ərəblər sonradan müəyyən məbləğ ödəyərək 21 yaşlı Mitayın transfer hüquqlarına yiyələnə bilərlər.
Daha öncə Rusiya mətbuatında alban oyunçunun "Əl-İttihad"da keçirəcəyi bir mövsüm üçün 3 milyon avro maaş alacağı, "Lokomotiv"in isə bu keçiddən 1,2 milyon avro qazanacağı barədə informasiyalar dərc edilmişdi.
Nihat