Tanınmış türkiyəli mütəxəssis Şenol Güneşin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 72 yaşlı çalışdırıcı Türkiyə Superliqa təmsilçisi "Trabzonspor"un "sükanı arxası"na keçib.
Məlumatı klubun rəsmi saytı yayıb. O, postundan istefa verən Abdullah Avcını əvəzləyib.
Qeyd edək ki, bu, Güneş daha öncə 4 dəfə - 1988, 1993, 2005 və 2009-cu illərdə "Trabzonspor"a baş məşqçi təyin edilib.