Bu ilin mayında "Liverpul"dan ayrılan Joel Matip karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Il Tempo"ya istinadən xəbər verir ki, azad agent statusu daşıyan müdafiəçinin xidmətində "Roma" maraqlıdır.
Xəbərə görə, 33 yaşlı oyunçu "canavarlar"la müqavilə bağlamaq variantını uyğun sayır.
Qeyd edək ki, Matip ötən mövsüm "Liverpul"un heyətində 14 görüşdə forma şansı qazanıb.