Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”dan Joau Mario ilə anlaşıb.
Ötən gecə İstanbula gələn portuqaliyalı yarımmüdafiəçi ilə "1+2" illik müqavilə imzalanacağı gözlənilir. O, "qartallar"ın heyətində icarə əsasında çıxış edəcək. "Beşiktaş" 31 yaşlı futbolçunun transfer hüququnu 2025-ci ildə əldə edə biləcək.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü “Benfika”dan əvvəl “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter”də oynayıb.