Vladimir Qazzayev Rusiyanın “Rodina” komandasının baş məşqçisi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Moskva klubunun mətbuat xidməti yayıb.
Onun aşağı liqa komandası ilə işbirliyi cəmi 8 tur çəkib. Qazzayev 2024-cü ilin iyunundan "Rodina"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 görüşdə 2 qələbə qazanıb, 1 məğlubiyyət alıb və 5 dəfə bərabərə qalıb.
"Rodina" Birinci Liqanın turnir cədvəlində hazırda 9-cu yerdədir.