"Beşiktaş" Vensan Abubakarla əməkdaşlığa son qoyub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu digər Super Liqa təmsilçisi "Hatayspor"a keçib.
Kamerunlu forvard yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, müxtəlif vaxtlarda 3 dəfə "Beşiktaş"da çıxış edən Abubakar ümumilikdə "qara qartallar"ın forması ilə 45 qol vurub.