"Real Madrid"in hücumçusu Kilian Mbappe məşhur tennisçi Rafael Nadala hədiyyə verib.
Fanat.Az məlumatına görə, fransalı hücumçu La Liqanın ilk turunda "Malyorka"ya qarşı keçirdikləri matçdan sonra formasını Nadala bağışlayıb
Tennis ulduzu "Real"ın azarkeşidir və Malyorka adasının tərkibində olan Manakorda doğulub. O, matça xüsusi qonaq kimi dəvət olunub.
Qeyd edək ki, "Malyorka" - "Real" matçı 1:1 hesabı ilə yekunlaşıb.