"Bayer Leverkuzen"in müdafiəçisi Jonatan Ta karyerasının İspaniya davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Kristian Falk yayıb.
Xəbərə görə, onun xidmətində "Real Madrid" və "Barselona" maraqlıdır. Mənbə "Kral klubu"nun artıq Tanın təmsilçiləri ilə danışıqlara başladığını, kataloniyalıların isə gözləmə mövqeyi tutduqlarını vurğulayıb. "Əczaçılar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq arxa xətt oyunçusunun son qərarını yanvarda verəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, 28 yaşlı Jonatan "Bayer"ə 2015-ci ilin yayında "Hamburq"dan keçib. Sözügedən futbolçu cari mövsüm Leverkuzen komandasında 4 oyuna çıxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat