“Tottenhem”in hücumçusu Son Hın Minin atası və qardaşı uşaq istismarına görə cərimələnib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçunun atası Son Un-Yunq uşaq futbol akademiyasının rəhbəri, qardaşı Son Hın-Yunq isə orada məşqçidir.
"Yonhap"-ın məlumatına görə, uşaqllardan birinin valideynləri Son Hın-Yunqun məşq zamanı ona künc bayrağı ilə bir neçə dəfə zərbə endirdikdən sonra övladının omba nahiyəsindən zədə almasından şikayətlənib. Həmçinin, “Tottenhem”in futbolçusunun atası uşaqları təhqir etməkdə günahlandırılıb.
Artıq Çunçeon rayon məhkəməsi Son Un-Yunq, Son Hın-Yunq və akademiyanın daha bir məşqçisini uşaqlara qarşı zorakılıqda təqsirli bilib və hər birini 3 milyon von (2220 dollar) məbləğində cərimə ödəməyə məcbur edib. Onlar həmçinin 40 saatlıq uşaq zorakılığının qarşısının alınması proqramını tamamlamalıdırlar.
Mirağa