Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən İngiltərədə keçirilən matçda "Real Madrid"ə 2:3 hesabı ilə uduzan "Mançester Siti"nin mərkəz müdafiəçisi Con Stounz yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:
"Bu məğlubiyyət hələ son deyil. Hazırda çətin olanı etməli, nikbinliyi qorumalıyıq. Daha yaxşı oynamalıyıq. Özümü ən yaxşı tərəfdən göstərmək üçün məndən asılı olan hər şeyi etməyə hazıram. Gələcəyə inamla baxmalıyıq. Vəziyyəti dəyişmək üçün daha bir 90 dəqiqə var".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması fevralın 19-da baş tutacaq.
Nihat