"Seltik"in futbolçusu Nikolas-Qerrit Kün UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı vinger bunu Almaniyada "Bayern Münhen" ilə heç-heçə (1:1) etdikləri pley-off mərhələsinin cavab oyununda qol vurmaqla bacarıb.
O, qitənin bir nömrəli klub turnirində ilk üç qolunu Bundesliqa təmsilçilərinə vuran ilk alman oyunçu kimi tarixə düşüb.
Bundan başqa, Nikolas Kyun 2014-cü ildə "Arsenal"da çıxış etmiş Lukas Podolskidən sonra ÇL-in pley-offunda "Bayern"in qapısına yol tapan ilk almaniyalıdır.
Qeyd edək ki, Şotlandiyada reallaşan ilk görüşdə 2:1 hesablı qələbə qazanan Münhen klubu 1/8 finala yüksəlib.