"Yuventus" rəhbərliyi baş məşqçi Tyaqo Mottanı istefaya göndərəcəyi halda, komandanın hansı mütəxəssisə tapşırılacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.
Mənbə Turin təmsilçisinin idarəçilərinin Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedeskonu Mottanın yerini tutmağa əsas namizəd saydıqlarını vurğulayıb.
Xatırladaq ki, Tedesko Belçika millisindən bu qış ayrılıb.
29 tura 52 xal toplayan "Yuventus" A Seriyasının turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat