Anderlext” rəhbərliyi komandanın baş məşqçisi David Huberti istefaya göndərib.
Fanat.Az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun postunu Besnik Hasin tutub. Hasinlə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Hubertin rəhbərliyi altında 2024-cü ilin oktyabrından bu yana 33 oyun keçirən “Anderlext” bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb.
“Anderlext” ölkə çempionatın cari mövsümünü isə 51 xalla 4-cü pillədə başa vurub.