Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Arsenal"ın qonağı olacaq "Real Madrid"in qapıçısı Tibo Kurtua matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, belçikalı qolkiper mətbuat konfransında belə danışıb:
"Rəqibə böyük hörmətlə yanaşırıq. Dostlarım arasında "Arsenal"a azarkeşlik edənlər çoxdur. London təmsilçisi sıralarında təcrübəli oyunçular da olan gənc komandadır. Pnlar standart vəziyyətlər zamanı təhlükəlidirlər. Bu səbəbdən "Arsenal"a warşı oynamaq çətin olacaq. Bizi əla görüş gözləyir. Məncə, "Arsenal" yaxın gələcəkdə mükafat qazanacaq. Bu, sadəcə zaman məsələsidir".
Nihat