UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Parisdə 3:1 hesabı ilə məğlub etdiyi "Aston Villa"ya dünən keçirilən səfər matçında uduzaraq (2:3) yarımfinala adlayan PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, gürcü futbolçu 2 top fərqi ilə önə keçdikləri matçda yenilmələrini belə şərh edib:
"Cavab qarşılaşmasında üz-üzə qaldığımız çətinliklərə izah tapmaq asan deyil. Bütün detalları diqqətlə təhlil etmək lazımdır. Rəqib aktiv şəkildə hücum edir və uzun ötürmələrə bel bağlayırdı. Bu, bizə müxtəlif problemlər yaratdı. Amma əsas olan yarımfinala yüksəlməyimizdir".
Nihat