"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda La Liqa təmsilçisini tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
2011-ci ildən "Real Sosyedad"da işləyən, yeniyetmələr və gənclərdən ibarət komandaları çalışdıran mütəxəssis 2018-ci ildən indiki postundadır. O, 2019/2020 mövsümündə "ağ-mavilər"lə İspaniya Kubokunun qalibi olub.
Qeyd edək ki, 33 tura 42 xal toplayan "Real Sosyedad" hazırda La Liqanın turnir cədvəlində 9-cu pillədə mövqe tutub.
Nihat