“İnter”in hücumçusu Markus Türam Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşünü - “Barselona” ilə səfər matçını kənardan izləyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Paskal Quarro yayıb.
Məlumata görə, həkimlərin səylərinə rəğmən, sözügedən futbolçunu İspaniya nəhəngi ilə oyuna qədər hazır vəziyyətə gətirmək planı baş tutmayıb.
Xatırladaq ki, “Barselona” – “İnter” matçı aprelin 30-da keçiriləcək. Oyun Barselonadakı Olimpiya stadionunda baş tutacaq. Tərəflərin cavab dueli mayın 6-da Milanda reallaşacaq.