London "Arsenal"ının baş məşqçisi Mikel Arteta cari mövsüm ortaya qoudqları performans barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Doqquz ay yarım müddətdə nələrdən keçdiyimizi bilirəm. Nə etdiyimizin də fərqindəyəm. Premyer Liqanın tarixini çox yaxşı bildiyim üçün deyim ki, 30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər, amma biz yox. Bu məqama çox dəyər verirəm. Çünki biz nəsə çox möhkəm, davamlı bir şey yaratmışıq".
Xatırladaq ki, 71 xalı olan "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat