UEFA Avropa Liqasının dünən baş tutan finalında "Tottenhem"ə məğlub olan (0:1) "Mançester Yunayted"in kapitanı Dioqu Dalo Bilbaodakı görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Reuters" belə çatdırıb:
"Azarkeşlərimizi belə vəziyyətdə görmək çox ağrılıdır. Onlar uğursuz nəticələr və mürəkkəb mövsüm fonunda həmişə yanımızda olublar. Fanatlarımız buna layiq deyillər. Azarkeşlərə görə üzülmürsənsə, onların nələr çəkdiklərini hiss etmirsənsə, deməli, burada olmalı deyilsən. Mükafat qazana bilməməyimizlə barışmaq asan deyil. Tərəfdarlarımızı sevindirməyi bacarmadıq. Matçın sonunda onları məyus görmək çox üzücü idi".
Nihat