"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 15 iyun - 13 iyul aralığında ABŞ-də keçiriləcək klublararası dünya çempionatından danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Bu turnirdə oynamaq bizim üçün böyük şərəfdir. Ötən mövsüm yerli çempionatda və Çempionlar Liqasında çox yaxşı çıxış etdiyimiz üçün bu turnirdə oynamaq hüququ qazanmışıq. Yarışın başlamasını səbirsizliklə gözləyirik. Klublararası dünya çempionatının qalibi adını qazansaq, pis olmaz, amma bu yarışda qalib gəlmək istəyən daha 31 klub var. Mövsümü necə başa vuracağımızı, ABŞ-yə necə yollanacağımızı zaman göstərəcək".
Nihat