“Liverpul”un çalışdırıcısı Arne Slot İngiltərədə mövsümün ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Məşqçilər Assosiasiyası məlumat yayıb.
Slot Məşqçilər Assosiasiyası (LMA) tərəfindən təqdim edilən Ser Aleks Ferqyuson mükafatını qazanıb. Təşkilat İngiltərənin 4 ən yaxşı liqasından, eləcə də İngiltərə milli komandalarından olan məşqçiləri təmsil edir.
Slot komandasındakı ilk mösümündə bu mükafatı qazanan ilk mütəxəssisdir.
“Liverpul” 2024/25 mövsümündə Slotun rəhbərliyi altında İngiltərə çempionu olub.