Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes Paris təmsilçisinin vingeri Usman Dembelenin "Qızıl top"u qazanmağı haqq etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Euro Foot" belə çatdırıb:
"O, çox sayda qol vurub, meydanda fərq yaradıb. Amma Dembelenin cari mövsüm etdikləri bununla bitmir. Siz onun rəqibin cərimə meydançasından 16 metrlik məsafədə necə müdafiə olunduğunu, hamını arxasınca aparmaq üçün necə pressinq etdiyini hiss etməliydiniz. Dembele bax buna görə "Qızıl top"a layiqdir".
Qeyd edək ki, Dembele Paris klubu ilə qalibi olduğu Çempionlar Liqasının ən yaxşı futbolçusu seçilib. 28 yaşlı cinah hücumçusu qitənin ən nüfuzlu klub turnirində 15 matça çıxaraq 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, "İnter"i 5:0 hesabı ilə yendikləri final matçında 2 assistlə diqqət çəkib.
Nihat