"Olimpik Lion"un futbolçusu Malik Fofana karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun xidmətində "Roma" maraqlıdır.
Paytaxt təmsilçisinin idman direktoru Frederik Massara bu komandada belçikalı forvardla yanaşı bir neçə oyunçunu da izləyir.
Maliyyə hesabatlarını pozmaqda ittiham olunan "Lion" növbəti mövsüm Liqa-2-də çıxış edəcək. Bu da bir neçə futbolçunun bazar dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Qeyd edək ki, Malik Fofana 2024/2025 mövsümündə Fransa təmsilçisində 41 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.