"Liverpul" yeni futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə nəhənginin mətbuat xidməti yayıb.
"Qırmızılar" "Bornmut"da çıxış edən müdafiəçi Miloş Kerkezi rənglərinə bağlayıblar. Macarıstanlı oyunçunun müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kerkez 2024/2025 mövsümündə "Bornmut" forması ilə bütün turnirlərdə 41 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.