"Feyenoord"un 23 yaşlı müdafiəçisi Kuilindşi Hartman karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu 2024/2025 mövsümündə Çempionşipdə 2-ci yeri tutaraq İngiltərə Premyer Liqasında iştirak hüququ qazanan "Börnli"yə transfer olunub.
Məlumatı eyniadlı şəhərin təmsilçisinin mətbuat xidməti yayıb.
Hartman 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, geridə qalan mövsümdə Erediviziyada 12 matça çıxan Kuilindşi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat