"Bayern Münhen"in vingeri Camal Musiala bu gün Münhenə qayıtdıqdan dərhal sonra əməliyyat olunacaq.
Fanat.Az "Sky Sport Germany"yə istinadən xəbər verir ki, o, klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb.
Birinci hissənin sonunda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşan Camalın ayağı sınıb.
Daha əvvəl 22 yaşlı futbolçunun 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.