"Çelsi"nin ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirən hücumçusu Joau Feliks "Benfika"ya qayıtmaq fikrinə düşdüyünü bəyan edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "A Bola" belə çatdırıb:
"Brunu Laje mənim tanıdığım, karyeramda önəmli rol oynamış məşqçidir. O, həmişə məni dəstəkləyir. Ola bilsin ki, məhz bu səbəbdən "Benfika"ya dönmək istəyirəm. Hiss edirəm ki, evdə olmalıyam. Hamı bilir ki, "Benfika" mənim ürəyimin klubudur. Bir gün mütləq qayıdacam. Bunun indi və ya gələcəkdə baş verəcəyini bilmirəm. Beynimdə bir neçə ideya var. Ya İngiltərədə qalacam, ya da "Benfika"ya qayıdacam".
Xatırladaq ki, Feliks 2015-2019-cu illər aralığında "Benfika"da olub.
Nihat