"Liverpul" portuqaliyalı futbolçusu Dioqu Jotanın vəfat etməsi səbəbindən mövsümöncəsi toplanışın öncədən nəzərdə tutulan başlama vaxtını ertələyib.
Fanat.Az-ın "The Independent"ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi iyulun 4-də toplaşmalı olsa da, komanda bu tarixdə bir araya gəlməyib.
"Qırmızılar"ın hazırlığa nə vaxt başlayacaqları indilik bəlli deyil. Komanda iyulun 13-də İngiltərənin aşağı liqa təmsilçisi "Preston"la yoldaşlıq oyunu da nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı Jota iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində baş verən avtomobil qəzasında həyatını itirib. Dioqunun idarə etdiyi "Lamborgini"də olan qardaşı Andre Silva da dünyasını dəyişib.
Nihat