"Əl-Nəsr"in hücumçusu Con Duran karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Fənərbağça" kolumbiyalı forvardı icarəyə götürüb.
Məlumatı "sarı-göylər"in rəsmi saytı yayıb.
21 yaşlı ön xətt xətt oyunçusu "Əl-Nəsr"ə bu ilin yanvarında, 77 milyon avro qarşılığında "Aston Villa"dan transfer olunub. Onun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. Conun hər mövsüm üçün maaşı 18,8 milyon avrodur. Son mövsümün ikinci yarısında "Əl-Nəsr"in forması ilə Pro Liqada 13 matça çıxan gənc oyunçu 8 qol vurub.
Nihat