Rəhbərlikdən dəstək alan "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman bu gün komanda ilə birlikdə məşqə çıxıb.
Fanat.Az xəbər verir ki, klubun futbol bölməsinin rəhbəri Ali Yıldıramla görüşən Kocaman bəzi qərarlar qəbul edib.
Aykut Kocaman mövsüm fasiləsində komandadakı bəzi adlarla vidalaşacağı gözlənilir. Baş məşqçi bir transfer üçün də razılıq alıb.
Məlumata görə, Kocaman Fernandao, Robin Van Persi və Mehmet Topalın komandadan göndərilməsini istəyib. Qapıçı Volkan Demirelin də komandada qalması şübhəlidir. Yeni transferlərdə isə ilk məqsəd Samuel Eto'onun alınmasıdır.
Fanat.Az