Türkiyə Super Liqasının XIV turunda İstanbul derbisi baş tutub. Fanat.Az xəbər verir ki, "Beşiktaş" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı 3:0 hesabı ilə yenib.
"Qalatasaray"ın qapısına 46-cı dəqiqədə Cenk Toun, 70-ci dəqiqədə Duşko Toşiç, 90-cı dəqiqədə Alvaro Neqredo yol tapıb. Bununlada da "Beşiktaş" əzəli rəqibi ilə xal fərqini 3-ə endirib.
Qeyd edək ki, turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" 27 xalla 2-ci, "Beşiktaş" 26 xalla 3-cüdü.