Braziliya A Seriyasının çempionu olan "Korintians" 18 qolla komandanın bombardiri olan Joao Alves de Assis Silvanı (Jo) yaponiyaya göndərib.
Fanat.Az xəbər verir ki, Türkiyədə yarım mövsüm "Qalatasaray"ın da formasını geymiş braziliyalı 11 milyon avro qarşılığında "Naqoya Qrampus"a transfer olunub.
Karyerası ərzində Moskva MOİK-i, "Mançester Siti", "Everton", "Əl-Şəbab" və "Yianqsu Suninq"də də oynamış futbolçu 20 dəfə Braziliya yığmasına dəvət alıb.
Fanat.Az