Türkiyə Super Liqasında XX turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb. "Gənclərbirliyi"ndə çıxış edən millimizin hücumçusu Dəniz Yılmaz 24-cü dəqiqədə meydana daxil olub və son kimi oynayıb.
Qeyd edək ki, turnir cədvəlinə 42 xalla "Başakşəhər başçılıq edir. "Qalatasaray" 41 xalla 2-ci, "Fənərbaxça" 38 xalla 3-cüdür.